Haqqımızda

VIP Master şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkətimiz 15 ildən artıq istehsal təcrübəsinə malik olan mebel şirkətidir. Yüksək ixtisaslı, təcrübəli işçilərimizin sayəsində keyfiyyətli və müasir tələblərə cavab verən məhsulların hazırlanması və müştəri məmnuniyyətinin əldə olunması bizim ən böyük hədəfimizdir. Şirkət müştərilərin istəklərinə uyğun olaraq mətbəx, şkaf-kupe, uşaq otağı, yataq otağı, ofis və s. kimi mebellərin hazırlanmasını həyata keçirir.Bizim dizayner və konstruktorlarımız sifariş olunacaq mebelin ölçülərini, müştərinin təklifləri və istəklərini qeyd edərək müştərilərə hazırlanacaq mebelin eksizlərini və şəkillərini təqdim edirlər. Müştərilər ilə yaradılmış eskizlər üzərində razılıq əldə olunduqdan sonra qısa müddət ərzində mebel hazırlanıb müştərinin obyektində quraşdırlır. Bütün növ dizayner xidmətləri, daşınma və quraşdırılma işləri şirkətimizin tərəfindən sizə pulsuz təqdim edilir.

 

Ümid edirik ki, bizim gələcək əməkdaşlığımız hər iki tərəf üçün səmərəli və faydalı olacaqdır.