Materiallar

Bu səhifədə mebel istehsalında işlənən müxtəlif materiallar barədə məlumat yerləşdirilib.
1. LAMİNAT. Bu, üzlənmiş DSP laylarıdı. DSP – preslənmiş taxta qırıntılarından hazırlanmış, 18mm və ya 8mm qalınlığında olan laylardı.DSP laylarının üzərinə preslənmiş üzlükdə yalnız rəng yox, həmçinin tekstura da ola bilər, və bu laminata ağacla oxşarlıq verir. Kəsilmiş detalların kənarlarına Almaniya istehsalı olan dəzgahla PVC vurulur. Hal-hazırda satışda istənilən rəngdə və teksturada laminat layları var ki, bu da ən geniş tələbləri təmin etmək imkanı verir.
Laminat – ən ucuz və buna görə də ən çox istifadə olunan materialdı. Ondan mətbəxlərin və şkafların korpusları, mətbəx qapıları, ofis mebeli (stollar, resepşnlar və s.) hazırlanır.
Laminat layından istənilən formanı kəsmək olar, lakin layın özünü qatlamaq (yumrulamaq) mümkün deyil. Düzgün istismar edildikdə laminat mebeli kifayət qədər uzun xidmət edir.
————————————————————————————————————————————————————-
2. MDF.Bu, laminatdan bir qədər daha keyfiyyətli və bahalı materialdı, və MDF-dən laminatdan hazırlana biləcək hər bir şeyi, üstəlik əyilmiş hissələri də hazırlamaq olar (misal üşün, yumrulanmış qapıları). MDF – preslənmiş karton tozundan hazırlanmış, 18mm qalınlığında olan laylardı. Belə layların qirağları PVC-lənir və yaxud, layın bütün səthi kimi, maşın boyası ilə boyanır (belə halda MDF layının səthi əks-etdirici effekt alır, bu isə laminatın istifadəsində mümkün deyil).
MDF laylarının üzərinə və qırağlarına həmçinin Hay-Qlos (High Gloss) adlanan parlaq üzlük da preslənə bilər, və belə halda da material əks-etdirici görkəmə malik olur.
MDF laminata nisbətən daha davamlı material sayılsa da, əksər mebel əşyalarının korpusu laminatdan hazırlanır.
————————————————————————————————————————————————————-
3. AKRİLYUKS, və yaxud akril plastiki. Bu, İspaniya istehsalı olan nisbətən təzə materialdı. Materialın qalınlığı 18mm-dir, bundan 16mm – MDF qatıdır, 2mm isə – MDF-in hər tərəfinə 1 mm qalınlığında preslənmiş akril (plastik) qatıdır. Akril plastiki əks-etdirici effektə malikdir, buna görə də akril layı maşın boyası ilə boyanmış MDF layını xatırladır. Fərq ondadır ki, akrildə tək rəng yox, həmçinin tekstura da ola bilər.
————————————————————————————————————————————————————-
4. AĞAC. Bu ən bahalı və keyfiyyətli materialdır, və klassik üslubda mebel yığmaq üçün yeganə materialdır. Bütün digər materiallar modern üslubda mebel hazırlamaq üçün nəzərdə tutulub. Lakin yadda saxlamaq lazımdır ki, ağac yalnız düzgün texnologiya ilə işləndikdə uzun ömürlü materiala çevrilir, səhv işləndikdə isə o, əksinə, ən davamsız material ola bilər. Bunun üçün də bizim firma yalnız İtaliyan istehsalı olan hazır taxta fasadlarla (mətbəx və şkaflar üçün qapılarla) işləyir.