Mətbəxlər
Şkaf-kupe
Digər mebel
YENİLİKLƏR
 
 
 

Mətbəxlər

Sifarişlə mebel yığan istənilən firmanın işindəki kimi, bizim də işimizdə əsas hissəni mətbəxlərin yığılması təşkil edir. Biz həm klassik, həm modern üslubda mətbəxlər yığırıq. Mətbəxin bir poqon metrinin qiyməti (yəni divarın bir metrinə yığılan alt və üst mətbəx şkaflarının qiyməti) 400 manatdan 1200 manatadək dəyişə bilər, işlədilən materiallardan asılı olaraq. Əslində, qiymət fərqi yalnız mətbəxin qapılarının materialının fərqi ilə bağlıdır; mətbəxin korpusu isə (istənilən firmada) laminatdan yığılır.

Biz poqon metrin qiymətinə mətbəx qapılarının işləməsi üçün lazım olan bütün mexanizmləri (petlələr və s.) və qalınlaşmış laminatdan hazırlanan təzgahı da daxil edirik. Süni mərmərdən olan təzgah isə ayrıca sifarişlə hazırlanır, 1 metri 160 manatdan olmaqla.

MODERN MƏTBƏXLƏR (KLASSİK MƏTBƏXLƏRƏ KEÇMƏK)

1. Qapıları PVC-lənmiş laminatdan olan mətbəxlər. Belə mətbəxlər istənilən rəngdə və teksturada hazırlana bilər; hətta laminatın rəngi bir cür, onun qırağına yapışdırılan PVC-nin rəngi isə başqa cür ola bilər.

Laminat qapıların üzü mat görkəmə malikdir (yəni əks-etdirmir). Belə mətbəxlərin 1 poqon metri bizim firmada 450 manata hazırlanır. Minimal hazırlanma müddəti 10 gündür.

 

2. Qapıları metallik profilə salınmış laminatdan olan mətbəxlər. Rəng və tekstura seçimi əvvəlki variantla eyni olsa da, metallik profildən istifadə etdikdə mətbəxə bir qədər fərqli görünüş vermək olur.

Belə mətbəxlərin 1 poqon metri bizim firmada 550 manata hazırlanır. Minimal hazırlanma müddəti 10 gündür.

 

3.Qapıları High-Gloss materialı ilə üzlənmiş MDF-dən olan mətbəxlər. Yüksək parlaqlığa malik olan High-Gloss materialının bir neçə rəngi var ki, bunları hətta bir mətbəxin dizaynında birgə də işlətmək olar, misal üçün, qara ilə ağ, ebano ilə (zolaqlı) bej və s.

Bu mətbəx qapılarının üzü parlaq və əks-etdirən olur. Belə mətbəxlərin 1 poqon metri bizim firmada 700 manata hazırlanır. Bu qiymətə mətbəx qapılarının və siyirmələrinin avtomatik açılıb-bağlanmasını təmin edən mexanizmlər də daxildir. Hazırlanma müddəti üç həftəyə yaxındır.

4. Qapıları maşın boyası ilə boyanmış MDF-dən olan mətbəxlər. Belə mətbəxlərə maşın boyaları assortimentində olan istənilən rəngi vermək olar. Mətbəx qapılarının səthi rəngli və əks-edtirən görsənir.

Belə mətbəxlərin 1 poqon metri bizim firmada 850 manata hazırlanır (bu qiymətə Avstriyanın Blum firmasının mexanizmləri də daxildir). Minimal hazırlanma müddəti 30 gündür (boyanın quruması üçün tələb olunan vaxta görə).

 

5. Qapıları akrilyuksdan olan mətbəxlər. Akrilyuks qapılar üçün kifayət qədər geniş rəng və tekstura seçimi mövcuddur, onların qırağları metallik profillə və ya PVC ilə işlənir, üzləri isə əks-etdirmə effektinə malikdir.

Belə mətbəxin 1 poqon metrinin qiyməti 850 manatdır, bu qiymətə qapıların və siyirmələrin avtomatik açılıb-baglanmasını təmin edən bahalı mexanizmlər (Avstriyanın Blum firması), rakovinanın altına qoyulan alüminium folqası və s. daxildir. Belə mətbəxin minimal hazırlanma müddəti 45 gündür, cünki akrilyuks İtaliya istehsalı olan materialdır və o, sifarişlə gətirilir.

 

6. İtaliya istehsalı olan hazır qapılarla yığılan mətbəxlər. Modern üsluba uyğun iki model qapı var: Samba-Rumba və Merilend. Samba-Rumba – MDF-dən hazırlanmış, üzərinə PVX plyonkası preslənmiş qapılardır: fil sümüyü rəngində - Samba, və bordo rəngində - Rumba.

 
 

Merilend – taxta qapılardır.

Hər iki modelin müxtəlif ölçüdə qapıları var, bu da istənilən otağa uyğun mətbəx yığmaq imkanı verir. Belə mətbəxlərin 1 poqon metrinin qiyməti 850 manat (Samba-Rumba) və 950 manatdır (Merilend) (Blum mexanizmləri də daxildir). Minimal hazırlanma müddəti 45 gündür, cünki qapılar sifarişlə gətirilir.

 

 

KLASSİK MƏTBƏXLƏR

1. Xonçası laminatdan, çərçivəsi isə MDF-profildən hazırlanan qapılarla yığılan mətbəxlər.

8mm-lik laminatın MDF-profilə salınması mətbəx qapılarını klassik üslubda işlənmiş qapılara oxşatmaq imkanı verir. \рис.08 - кухня из МДФ-профиля\ Bu, klassik görünüş almaq üçün taxta qapıların istifadəsinə yeganə alternativdir. Bu qapıların həm laminatdan olan xonça hissəsi üçün, həm də MDF-dən olan qıraq profil hissəsi ücün geniş rəng və tekstura seçimi mövcuddur. Belə mətbəxlərin 1 poqon metri bizim firmada 400 manata hazırlanır, minimal hazırlanma müddəti 10 gündür.

 

2. İtaliya istehsalı olan hazır taxta qapılarla yığılan mətbəxlər. Taxta qapılar doğru klassik mətbəx yaratmaq üçün yeganə seçimdir. Geniş çeşiddə hazır qapı modelləri olduğu üçün, belə qapılarla yığılan mətbəxlərin 1 poqon metrinin qiyməti 1000 manatdan 1200 manatadək dəyişə bilər.

Bu qapılar tək material fərqinə görə yox (gilas, palıd, akasiya ağacları), həmçinin rəngi və şüşələrinin dizaynına görə də seçilir. İtalyan qapıları ilə yığılan bütün mətbəxlər Avstriyanın Blum firmasının mexanizmləri ilə təchiz olunur. İtalyan ağac işləmə texnologiyası mətbəx qapılarını həm göz oxşayan, həm də davamlı və uzun omürlü edir, buna görə də, belə mətbəxlərin qiyməti yüksək olsa da, onlar modern mətbəxlər qədər çox sifariş olunur.

 
Gamidov Studio