Mətbəxlər
Şkaf-kupe
Digər mebel
YENİLİKLƏR
 
 
 

Əsas səhifə

VIP Master firmasının saytına xoş gəlmişsiniz! Burada Siz bizim fəaliyyətimizlə, istehsal etdiyimiz mebel çeşidləri ilə və qiymətlərimizlə tanış ola bilərsiniz.
 
Bizim firmanın başlıca məqsədi keyfiyyətli, funksional və göz oxşayan mebelin SİFARİŞƏ UYĞUN, yəni otağın olçülərinə uyğun hazırlanmasıdır. Bunun üçün bizim dizayner Sizin evə və yaxud ofisinizə gəlir və otağın ölçülərini götürür. Sonra biz mebelin dizayn-eskizini hazırlayırıq və Siz bu eskizə baxıb istənilən dəyişikləri edə bilərsiniz. Bütün detalların razılaşdırılmasından sonra eskiz bizim sexə gedir və mebelin yığılması başlanır.
 
Bu işi bizim ustalar briqadası görür; hazır işi sex rəisi təhvil alır və yalnız bundan sonra mebel quraşdırılmaya aparılır. Sifarişin ödənilməsi iki mərhələdə baş verir: iş başlamazdan əvvəl məbləğin 50%-ı, işin sonunda isə qalan hissəsi ödənilir. Dizayn-eskizin hazırlanması, mebelin çatdırılması və quraşdırılması bizim qiymətlərə daxildir.
 
BİZİM FİRMANİN BAŞQA FİRMALARDAN FƏRQİ NƏDƏDİR?
 
İlk öncə – keyfiyyətdədir. Bu, bir neçə faktorla təmin olunur:
 
1. Keyfiyyətli xammal.
 
Biz yalnız təsdiqlənmiş texnologiya ilə hazırlanan xarici materiallardan istifadə edirik. Bu, Türkiyədə istehsal olunan laminat və İtaliyada istehsal olunmuş hazır taxta qapılardır (mətbəxlərin və şkafların yığılması üçün).
 
Bu səbəbdən bizim mebel uzun ömürlü və davamlı olur.
 
Şkaf-kupelərin yığılmasında isə biz yalnız “Komandor” firmasının (Kanada-Polşa) mexanizmlərindən istifadə edirik, çünki bu mexanizmlərin keyfiyyəti və davamlılığı artıq öz təsdiqini tapıb.
 
Bütün bunlar bizim mebelin keyfiyyətinə zəmin yaradır.
 
2. Keyfiyyətli iş.
 
İşin keyfiyyətini təmin edən faktor mebelin bizim öz seximizdə yığılmasıdır: bu, işin gedişatına nəzarəti təmin edir. Mebelin hazırlanmasının bütün mərhələlərində və eləcə də işin başa çatmasından sonra işin keyfiyyəti sex rəisi tərəfindən yoxlanılır.
 
Biz həmçinin istehsalda keyfiyyətli alman dəzgahlarından istifadə edirik, misal üçün, laminatın qırağına PVC adlandırılan xüsisi plastik materialın yapışdırılması üçün.
 
Nəzərə alsaq ki, laminatdan olan hissələr istənilən mebelin hazırlanmasında istifadə olunur (mətbəxlərin və şkafların korpusu, qapıları və s.), aydındır ki, PVC-nin istifadəsi “kromka” adlandırılan adi lentlərin istifadəsinə nisbətən mebeli qat-qat daha davamlı və uzun-ömürlü edir.
 
İkinci səbəb – qiymətlə keyfiyyətin optimal nisbətidir. İşin keyfiyyəti həmişə yüksək olsa da, qiymət seçimi çoxdur, çünki istifadə olunan materialların çeşidi genişdir. Biz həmişə Sizi qane edə biləcək variantı təklif edə bilərik.
sac chanel pas cher soldespascher